← Ana səhifə

Geri Ödəmə Siyasəti

Geri Ödəmə Siyasəti

1. Ümumi müddəalar

Bu Geri Ödəmə Siyasəti Yufamo Academy tərəfindən təqdim olunan onlayn kurs və təhsil xidmətlərinin satın alınması zamanı tətbiq olunan geri ödəmə qaydalarını müəyyən edir.

Kursu satın almadan əvvəl istifadəçiyə təqdim olunan kurs məlumatlarını, məzmunu və xidmət şərtlərini diqqətlə nəzərdən keçirməsi tövsiyə olunur.

Kurs üçün ödəniş həyata keçirildikdən və istifadəçiyə kursa giriş təqdim edildikdən sonra, ümumi qayda olaraq ödəniş geri qaytarılmır.

2. Geri ödənişin tətbiq edilmədiyi hallar

Aşağıdakı hallarda istifadəçinin ödədiyi məbləğ geri qaytarılmır:

  • İstifadəçi kursu bəyənmədikdə;

  • Kursun gözləntilərinə uyğun olmadığını düşündükdə;

  • Kursdan istifadə etmədikdə və ya dərslərə baxmadıqda;

  • Kursu davam etdirmək istəmədikdə;

  • Fərdi səbəblərdən kursdan istifadə edə bilmədikdə;

  • Kursdan gözlədiyi nəticəni əldə etmədikdə;

  • Kursu satın aldıqdan sonra fikrini dəyişdikdə.

Kursda göstərilən nəticələr fərdi nəticələrdir. Bu nəticələr hər bir istifadəçinin eyni nəticəni əldə edəcəyinə zəmanət vermir.

3. Texniki problemlər

Yufamo Academy tərəfindən qaynaqlanan texniki problem səbəbindən istifadəçinin satın aldığı kursa giriş əldə edə bilməməsi halında, ilk növbədə problemin aradan qaldırılması üçün texniki dəstək göstərilir.

Məsələn:

  • Ödəniş uğurla həyata keçirildiyi halda kursun istifadəçinin hesabında açılmaması;

  • Texniki səbəbdən kurs materiallarına girişin mümkün olmaması;

  • Sistem xətası səbəbindən istifadəçinin satın aldığı xidmətə çıxış əldə edə bilməməsi.

Belə hallarda istifadəçi yufamocontact@gmail.com ünvanı ilə bizimlə əlaqə saxlamalıdır.

Problemin texniki dəstək vasitəsilə həlli mümkün olduğu halda, ilk növbədə istifadəçiyə kursa girişin bərpa edilməsi və problemin aradan qaldırılması təmin edilir.

Əgər Yufamo Academy-dən qaynaqlanan texniki problem aradan qaldırıla bilmirsə və istifadəçinin satın aldığı kursa girişin təmin edilməsi mümkün olmursa, vəziyyət fərdi qaydada qiymətləndirilərək geri ödəniş məsələsinə baxıla bilər.

4. Geri ödəniş tələbinin təqdim edilməsi

Texniki problem ilə bağlı geri ödəniş tələbi təqdim etmək üçün istifadəçi aşağıdakı elektron poçt ünvanına müraciət etməlidir:

yufamocontact@gmail.com

Müraciətdə aşağıdakı məlumatların qeyd edilməsi tələb oluna bilər:

  • Ad və soyad;

  • Hesabda istifadə olunan e-poçt ünvanı;

  • Satın alınan kursun adı;

  • Ödənişlə bağlı məlumat;

  • Qarşılaşılan texniki problemin ətraflı izahı;

  • Zəruri hallarda problemin ekran görüntüsü və ya digər sübutlar.

Müraciət daxil olduqdan sonra təqdim olunan məlumatlar yoxlanılır və məsələ ilə bağlı istifadəçiyə cavab verilir.

5. İstifadəçinin məsuliyyəti

İstifadəçi kursu satın almadan əvvəl kurs haqqında təqdim olunan məlumatları və bu Geri Ödəmə Siyasətini oxumalı və nəzərdən keçirməlidir.

Kursdan əldə ediləcək nəticə istifadəçinin şəxsi fəaliyyəti, öyrənməyə ayırdığı vaxt, tətbiq etdiyi metodlar, səyləri və digər fərdi amillərdən asılı ola bilər.

Yufamo Academy kurs iştirakçılarına nəticə əldə etmələri üçün mümkün olan çərçivədə maksimum tədris, metodiki və texniki dəstəyi göstərir, lakin konkret gəlir, qazanc və ya digər nəticəyə zəmanət vermir.

Bu səbəbdən yalnız gözlənilən nəticənin əldə edilməməsi geri ödəniş üçün əsas hesab edilmir.

6. Kursa giriş və geri ödəniş

Kurs üçün ödəniş tamamlandıqdan sonra istifadəçiyə kursa giriş təqdim edilir və kursa giriş ömürlük olaraq nəzərdə tutulur.

İstifadəçinin kurs materiallarına giriş əldə etməsi ilə birlikdə xidmətin təqdim olunması prosesi başlanmış hesab edilir. Buna görə də texniki problem istisna olmaqla, ödənişlərin geri qaytarılması həyata keçirilmir.

7. Geri ödəniş siyasətində dəyişikliklər

Yufamo Academy bu Geri Ödəmə Siyasətini zəruri hallarda yeniləmək və dəyişdirmək hüququnu özündə saxlayır.

Yenilənmiş siyasət yufamoacademy.az/legal/geri-odeme səhifəsində yayımlandığı tarixdən etibarən qüvvəyə minir.

8. Əlaqə

Geri ödəniş, ödəniş və ya texniki problemlərlə bağlı suallarınız üçün bizimlə əlaqə saxlaya bilərsiniz:

Yufamo Academy
Veb-sayt: yufamoacademy.az
E-poçt: yufamocontact@gmail.com

Geri Ödəmə — YUFAMO